\"Sayğac var, pul da yazır amma su gəlmir\" - Mingəçevirdə

\
Mingəçevir şəhəri, Səməd Vurğun 19 küçəsindəki hündür mərtəbəli, 36 mənzilli binanın sakinləri susuzluqdan şikayətçidirlər.
Sfera.az xəbər verir ki, Yeniavaz.com-a bu problemlə bağlı müraciət edən sakinlər narazılıqlarını dilə gətiriblər.
Bina sakini birinci qrup əlil Vaqif Cəfərov deyir ki, suyun təyziqi az olduğundan yuxarı mərtəbələrə çatmır və suya əbəs yerə pul ödəyirik:
"9 cu mərtəbədə oluram, əlil adamam. Mənim imkanım yoxdur ki, düşüb aşağı mərtəbələrdən su gətirim. Biz hər il yay ayı gələndə evdə işlətməyə su tapmırıq. Əvvəllər su yuxarı mərtəbəyə motorla qalxırdı. Heç bir problemimiz yox idi. Amma "Azərsu" tərəfindən binalar su sayğacı ilə təmin olunduqdan sonra biz işlətməyə su tapmırıq. Üstəlik su gəlmədiyi biz su pulu ödəyirik. Sayğac su oldu, olmadı pulu yazır. Mən kimin qapısını döyüm su istəyim?".

Digər qonşularda öz problemlərini dilə gətirərək bildirirlər ki, səhər işə gedəndə biz əl-üzümüzü yumağa su tapmırıq:
"Çaynikdən su töküb əl-üzümüzü yuyuruq. Nə hamamda su qızdırıcı cihaz yanmır, nə də paltar yuyan maşın işləmir. Bir sözlə yayın istisində biz də sudan korluq çəkirik. Halbuki yaşadığımız ərazidə sağımız da sudur, solumuz da. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik lakin problem həllini tapmayıb".

Əraziyə gələn Mingəçevir şəhər icra nümayəndəliyinin və Mingəçevir su-kanal idarəsinin əməkdaşları sakinlərə bildirdilər ki, yay ayı olduğundan bağlar, baxçalar suvarılır, ona görə suyun təyziqi aşağı düşür. Amma buna baxmayaraq bu problem yaxın günlərdə öz həllini tapacaq.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...