“Sarkisyanın bəyanatı məni təəccübləndirir”

“Sarkisyanın bəyanatı məni təəccübləndirir”

“Prezident Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir”. 

 "Report" xəbər verir ki, bunu "Vestnik Kavkaza" nəşrinə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib. "Sarkisyanın bəyanatı məni təəccübləndirir. Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə, müstəqil "Dağlıq Qarabağ respublikası" mövcuddur, onun "vətəndaşlar"ı öz liderini özü seçir, "o", öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır", - deyə ekspert təəccübünü ifadə edib."Prezident Sarkisyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir, məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib. 

Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də, bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər", - deyə Metyu Brayza bildirib.

Aysel


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...