Sarkisyan “Putin NATO-su”nun generalları ilə görüşdü

Sarkisyan “Putin NATO-su”nun generalları ilə görüşdü

 

Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja, KTMT-in vahid Qərargah rəhbəri general-polkovnik Anatoli Sidorov və KTMT-yə üzv ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələrini qəbul edib.

Oxu.Az Ermənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş iştirakçıları Sarkisyana iclasın gündəliyinə daxil olan məsələləri və bu məsələlərin KTMT-in hərbi komponentinin gücləndirilməsinə təsiri barədə hesabat təqdim ediblər.

Vahid Qərargahın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

Tərəflər təşkilatın Qafqaz regionunda təhlükəsizlik və sabitliyin qorunmasında rolunu, o cümlədən Qarabağda təmas xəttində baş verən son hadisələri müzakirə ediblər.

Sonda Sarkisyan və Bordyuja arasında təkbətək görüş keçirilib. Ermənistanın KTMT-də sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...