Sarkisyan cəmiyyəti Qarabağı qaytarmağa hazırlayır

Sarkisyan cəmiyyəti Qarabağı qaytarmağa hazırlayır

"Hakimiyyət cəmiyyəti Qarabağ münaqişəsində güzəştlərin məcburi olduğuna inandırmağa çalışır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "lragir” saytı yazıb.

Məqalənin müəllifi Naira Ayrumyan qeyd edir ki, hazırda Ermənistanda siyasi və ekspert dairələri ərazi güzəştlərinin zəruriliyindən kimin daha çox danışması uğrunda yarışa giriblər: "Hakimiyyət nümayəndələri cəmiyyəti güzəştlərin məcburi və zəruri olmasına daha yumşaq şəkildə inandırmağa çalışır”.
 

Müəllif ərazilərin qaytarılması planlarının mövcud olduğunu bildirib: "Rəsmi şəxslər kulislərdə danışır ki, Serj Sarkisyan rayonların qaytarılmasına hələ 2011-ci ildə hazır idi. Lakin sonrada saziş pozuldu. İndi isə vəziyyət bir qədər başqadır. Belə görünür ki, hərbi-siyasi komandanlığa daxildən və kənardan təzyiqlər var. İndi isterika yaranıb. Serj Sarkisyanın xarakterini nəzərə alaraq güman etmək olar ki, əgər o hakimiyyətinə təhlükə hiss edərsə, bu məsələdə "sürətli gediş” edəcək. Bu prosesdə Ermənistandakı isterik atmosfer ona yardım edəcək. Çoxları iddia edir ki, ermənilər bu dəfə heç kimə xain addım atmağa icazə verməyəcək. Amma aprel müharibəsindən sonra Sarkisyan ərazilərin itirildiyini açıq şəkildə bəyan etdi və cəmiyyət bunu tamamilə unutdu. O hətta dedi ki, kimsə bu əraziləri yenidən nəzarət altına qaytarmaq istəyirsə, bu məsələdə azaddır. Lakin heç kim tərpənmədi. İndi Sarkisyan bilir ki, cəmiyyətin əksər hissəsi ərazilərin qaytarılmasına heç nə deməyəcək. Onun köməkçiləri bu məsələdə bəraət qazandıracaqlar. Opponentlər isə heç nə etmədən yalnız xəyanətkar deyəcəklər”.



OXŞAR XƏBƏRLƏR