Samir Nuriyevə yeni vəzifə verildi
18:22 / 21.04.2018
7912
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Xatırladaq ki, Samir Nuriyev bundan öncə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsini icra edirdi.
Sfera.az