Salyanda qasırğa inəyi uçurdu - VİDEO

Salyanda qasırğa inəyi uçurdu - VİDEO
Salyanda anidən baş verən qasırğa evin dam örtüyünü və düyəni (inəyin 1-1,5 yaş balası) uçurub.

Oxu.Az-ın məlumatına görə, qasırğa bu gün günorta saatlarında Salyan rayonunun Kürsəngi kəndində baş verib.

Qasırğa üç dəqiqə davam edib. Nəticədə, kənd sakini Həsənov Qahir Rafiq oğluna məxsus evin dam örtüyünü yerindən qopararaq uçurub.

Uçulmuş dam örtüyü 30 metr aralı düşüb.

Digər kənd sakininə məxsus düyəni isə qasırğa 25 metr məsafəyə uçuraraq tullayıb. Təbii fəlakət zamanı xəsarət alan olmayıb.


OXŞAR XƏBƏRLƏR