Salah Ronaldonun rekordunu təkrarladı

Salah Ronaldonun rekordunu təkrarladı
"Liverpul”un misirli hücumçusu Məhəmməd Salah İngiltərə çempionatında bir mövsüm ərzində qol vurduğu oyunların sayına görə portuqaliyalı Kriştianu Ronaldunun və niderlandlı Robin van Persinin rekordunu təkrarlayıb.
 

Martın 31-də İngiltərə çempionatının 32-ci turunda "Liverpul” səfərdə "Kristal Pelas” klubuna 2:1 hesabı ilə qalib gəlib. Salah həmin oyunun 84-cü dəqiqəsində qələbə qolunu vurub. Nəticədə "Liverpul” 66 xal toplayaraq turnir cədvəlində ikinci yerə yüksəlib. Hazırda iki oyun artıq keçirən "Liverpul” ilk mövqedə qərarlaşan "Mançester Siti” klubundan 15 xal geri qalır.
 

Bu qarşılaşma hazırkı mövsümdə Salahın qol vurduğu 21-ci oyundur və misirli futbolçu bu göstəriciyə görə "Mançester Yunayted”in sabiq hücumçuları Ronaldo və Van Persinin uğurunu təkrar edib.
 

Məhəmməd Salah "Kristal Pelas” klubu ilə qarşılaşmada özünün 29-cu qolunu vuraraq bombardirlər yarışında mövqeyini möhkəmlədib. Misirlinin ən yaxın rəqibi - Londonun "Tottenhem” klubunun ingiltərəli hücumçusu Harri Keynin hesabında 24 qol var. Həmçinin Salah İngiltərə çempionatında afrikalı oyunçunun bir mövsümdə vurduğu qolların sayına görə əvvəllər Londonun "Çelsi” klubunda oynayan Didye Droqbanın rekordunu da təkrarlayıb.
Qeyd edək ki, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında Uruqvay, Səudiyyə Ərəbistanı və Rusiya ilə birgə A qrupunda mübarizə aparacaq.
 
publika.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...