Şairlərdən gözlənilməz reaksiya - “Onların şeirinə nəinki vergi, həbs də düşür”

Şairlərdən gözlənilməz reaksiya - “Onların şeirinə nəinki vergi, həbs də düşür”
Vergilər Nazirliyinin şairlərdən vergi alınması ilə bağlı verdiyi açıqlama maraqla qarşılandı. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov fikrinin təhrif edildiyini desə də, müzakirələr səngiməyib.

Sfera.az saytının əməkdaşı məsələ ilə bağlı bəzi şairlərin fikirlərini öyrənib.

Sayman Aruz şairlərdən vergi almağın günah olduğunu deyib: "Şairlərdən vergi almaq günahdır. Şairin özünə vergini allah verir, heç kim allahın verdiyi vergidən özünə pay ala bilməz."
 
 
Şair Dinməz Türk vergi almaq üçün şeirlərin necə bölünəcəyi ilə maraqlanıb: "Gərək onda şeirləri bölələr, məsələn, qəzələ filan qədər, hecaya filan qədər, sərbəstə filan qədər. Bir də ki, vergilər nazirinə yazılmış şeirlərə də vergi verilməlidir? Yoxsa, onda şairə vergi verəcəklər?”

Elşad Barat isə yazdığı şeirlərlə heç vaxt pul qazanmadığını və bunu bütün şair dostlarının adından dediyini açıqlayıb. O, şeirinə vergi yox hətta həbs düşən adamların olduğunu da bildirib : "Şairdən vergi almaq ədəbiyyata xəyanət olduğu qədər Allaha da üsyandır. Allah bizə şeir formasında vergi verir, kimsə Allahın vergisindən vergi almaq istəyirsə, o, özünü həkimə göstərsin. Belə deyək ki, şair xalqın  düşünən beyni, ən qayğıkeş tərəfidir. Belə çıxır ki, bu qərarla xalqın düşünən yerini kəsmək, qayğıdan məhrum etmək istəyirlər. Bir də ki, şeir şairin əzabı, acısı, ahıdır. Təsəvvür edin ki, bir adam gəlib deyir ki, ay filankəs, ah çəkdiyinə görə mənə pul verməlisən. Biz heç birimiz indiyə kimi, şeirdən pul qazanmamışıq. Düşünürəm ki, bəzi şou-şairlərin qarşısını almaq üçün verilib bu qərar. Məsələn, Elza Seyidcahan, Kənan MM kimi adamların şeirinə nəinki vergi, həbs düşür.”
 
Nihat Hüseynzadə

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...