Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq

Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq
 
Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq sahəsində innovativ ideyaların üzə çıxarılması,
eləcə də ölkəmizdə informasiya texnologiyaları ekosisteminin inkişafına dəstək məqsədilə təşkil
etdiyi 1-ci IBA Regional Hakatonuna sabah start verilir. Sahibkar və proqramçıların, eləcə də digər
peşəkarların qatıldığı bu tədbirdə ümumən 40 komanda yarışacaq. İştirakçıların böyük qismi yerli
mütəxəssislərdir. Eyni zamanda, Hakatona dünyanın 12 ölkəsindən də nümayəndələr qatılıb.
Bu, Azərbaycanda sahibkarlıq həlləri üzrə və FinTech sferasında təşkil edilən ən genişmiqyaslı
ideya marafonudur. Ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün son illər davamlı
layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Hakatonda sahibkarlar üçün faydalı olan
innovativ ideya və həllərə üstünlük verəcək. Sahibkarlıq sahəsində süni intellektdən istifadə, data-
analitika modellərinin tətbiqi, elektron satış platformalarının yaradılması, ödənişlər, müştəri
məmnuniyyəti və loyallığı üzrə innovativ təşəbbüslər xüsusi dəstəklənəcək. Təklif edilən həllər kiçik
və orta sahibkarların marketinq, satış, ödəniş, logistika imkanlarının genişləndirilməsinə, biznes
kreditlərinin, eləcə də digər bank məhsul və xidmətlərinin onlar üçün əlçatanlığının təmin olunmasına,
müxtəlif dövlət xidmətlərindən istifadənin sahibkarlar üçün daha da asanlaşmasına yönəlməlidir.
Komandalara kömək üçün müxtəlif ölkələrdən 25 peşəkar mentor dəvət edilib. Mentorlar da,
IBA Regional Hakatonuna metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank
International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi
prosesində yaxından iştirak edib.
Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək.
Martın 1-də ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10000, 2-ci yerin qalibi
üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. Azərbaycan
Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan "Azerikard” prosessinq mərkəzinin və "Bank
ABB-Moskva”nın əməkdaşları "IBA Regional Hackathon”unda iştirak etmir.
IBA Regional Hakatonu Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumat üçün:
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...