Dünya

Şagirdlərə danos yazmaq öyrədilsin – Deputatdan təhsil nazirinə şok müraciət

Şagirdlərə danos yazmaq öyrədilsin – Deputatdan təhsil nazirinə şok müraciət


Rusiya təhsil proqramına qanun pozucularına, rüşvətxorlara qarşı şikayət ərizəsi yazmağın yollarını öyrədən fənnin daxil edilməsi təklif olunub.

 

Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, Leninqrad vilayətinin deputatı Vladimir Petrov Rusiyanın təhsil naziri Olqa Vasilyevaya müvafiq təkliflə müraciət edib. Petrovun fikrincə, məktəblilər həyat kommunikasiyasının əsas vərdişlərinə, eləcə də dövlət quruluşu və ümumilikdə cəmiyyət haqda təsəvvürlərə yiyələnməlidirlər.

 

Millət vəkili hesab edir ki, "həndəsə, təbiətşünaslıq, yaxud astronomiya ilə bağlı abstrakt biliyə malik” məktəb məzunu olan yeniyetmələr çox vaxt öz hüquqlarını və maraqlarını müdafiə edə bilmirlər. Bununla bağlı, o, məktəb proqramına uşaqları "kapitalist dövlətçilik paradiqması gerçəkliyində öz maraqlarını müdafiə etməyi öyrədən fənnlər, yaxud dərslər daxil etməyi” xahiş edib.

 

Petrov əmindir ki, uşaqlar şikayət ərizələrini düzgün tərtib etməyi - "bu və ya digər şəxslərin qanun pozuntusu haqda aidiyyati qurumlara məlumat verməyi” bacarmalıdırlar. Çünki "bütün ölkənin can atdığı milli rifah məhz vətəndaş özünüdərkinin tərbiyələndirilməsinə əsaslanır”.

 

Deputat vurğulayıb ki, şagirdlər rüşvətxorluq, qanun pozuntusu və digər vətəndaşların hüquqlarının pozulması haqda məlumat verməyi bacarmalıdırlar. O, öz çıxışında universitetlərə qəbul zamanı müşahidə olunan korrupsiyanı misal gətirib. "Əgər hüquqlarını bilən abituryentdən rüşvət istəsələr, o, özünü itirmədən öz təhsil hüququnu müdafiə edə bilər”,- deyə Petrov əminliklə bildirib.

 

 

Sfera.az

Selcan

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930