Safura Əlizadənin atasının məhkəməsi başlayır - VİDEO

Safura Əlizadənin atasının məhkəməsi başlayır - VİDEO
Ötən ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri Fərhad Mollazadə və idarənin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sfera.az xəbər verir ki, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XİN isə bu iş üzrə zərərçəkmiş tərəf kimi tanınıb. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səlim Əlizadə "Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Fərhad Mollazadə isə Azərbaycan Demokratik Partiyasının sədri, deputat Asim Mollazadənin əmisi oğludur. /Qafqazinfo
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...