Sabirabadda məskunlaşan məcburi köçkünlər Vüqar Bayramovu böyük izdihamla qarşılayıb

Sabirabadda məskunlaşan məcburi köçkünlər Vüqar Bayramovu böyük izdihamla qarşılayıb
 
84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov seçicilərlə
görüşlərini davam etdirir. Sumqayıt, Qaradag, Lökbatan və Şirvandan sonra bugün (22 yanvar
2020) Sabirabad rayonunun Şəhriyar qəsəbəsində məskunlaşmış seçicilərlə görüşən Vüqar
Bayramov əvvəlcə tərcümeyi-halı haqqında danışıb, sonra gələcək planlarını seçicilərlə bölüşüb:
"Füzuli rayonunun Aşagı Güzlək kəndində dogulmuşam, ibtidai təhsilimi doguldugum kənddə,
orta təhsilimi Füzuli şəhərində yerləşən Bünyad Sərdarov adına 1 nömrəli orta məktəbdə, sonra
isə Bakıdakı Fizika-riyaziyyat təmayüllü internet məktəbində almışam. İqtisad Universitetində
təhsil aldıqdan sonra Kanadada təhsil proqramında iştirak etmişəm, Vaşinqton Universitetində
oxumuşam. Bir çox dövlət proqramlarının, mexanizm və konsepsiyaların hazırlanmasında iştirak
etmişəm.
Fəaliyyət planımın əsas istiqaməti məcburi köçkünlərin problemlərinə yönəlib. Mən də
məcburi köçkün həyatı, çətinliklər yaşamışam. Düşünürəm ki, iqtisadi biliklərim, iqtisadi
sahədəki fəaliyyətim və seçdiyiniz təqdirdə parlament səviyyəsində təmsil olunmağım
problemlərinizin həllində mənə yeni imkanlar açacaq. Bakıda oturmaqla regionlarda yaşayan
insanların problemlərini müəyyənləşdirmək olmur. İnsanların çətinliklərini öyrənmək üçün daim
onlarla ünsiyyət qurmaq, onların yanında olmaq lazımdır. Sizi aktiv şəkildə seçkilərdə iştirak
etməyə dəvət edirəm. Əminəm ki, gələcəyiniz naminə layiqli namizədə səs verəcəksiniz.
Görüşdə çıxış edənlər Vüqar Bayramovun Füzuli rayonunu Milli Məclisdə layiqincə
təmsil edəcəyinə, məcburi köçkünlərin problemlərinin həllinə yardımçı olacağına əminliklərini
ifadə edib, ona seçki marafonunda ugurlar arzulayıblar.
Görüşdə Qarabağ qaziləri – Milli Qəhrəman Vahid Quliyev, Məmmədhəsən Həsənov
iştirak edib, deputatlığa namizəd Vüqar Bayramov haqqında fikirlərini bölüşüblər. ATƏT-in
Demokratik Təsissatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının
nümayəndələri monitorinq məqsədilə görüşü müşahidə ediblər.

OXŞAR XƏBƏRLƏR