Hadİsə

Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - VİDEO

Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - VİDEO
 
Sabirabadda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun Yaxa Dəllək kəndi ərazisində qeydə alınıb.

Zalaqarağac kənd sakini, 49 yaşlı Mənsur Baxşəliyev yol kənarı ilə gedərkən minik avtomobili onu vurub. Piyada zərbənin gücündən arxadan gələn başqa bir minik maşınının altına düşüb. Piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər saatlarında isə o, dünyasını dəyişib.
 

AdRiver

XƏBƏR LENTİ