Sabiq baş nazir həbs edildi

Sabiq baş nazir həbs edildi
Xorvatiyanın Ali Məhkəməsi korrupsiyada günahlandırılan sabiq baş nazir İvo Sanaderin həbs müddətini 6 ilədək uzadıb.  
 
Məlumata əsasən, İ.Sanaderi qərar veriləndən dərhal sonra həbsxanaya aparıblar. 2003-2009-cu illərdə Xorvatiyanın baş naziri olmuş İvo Sanader qərarla razılaşmadığını və günahsız olduğunu deyib.  
 
Məhkəməyə təqdim edilən materiallara əsasən, İ.Sanader vəzifədə olduğu zaman hökuməti Zaqrebdə yerləşən bir binanı şişirdilmiş qiymətə almağa məcbur edib. Belə ki, bina üçün ödənilən 10 milyon avronun 2,3 milyonunun sabiq baş nazirin şəxsi hesabına köçürüldüyü iddia olunur.
 
İ.Sanader digər korrupsiya ittihamları üzrə də vaxtaşırı məhkəmə qarşısında cavab verib. Sabiq baş nazir qərarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib. 

OXŞAR XƏBƏRLƏR