Sabahkı günə tarix qoyularaq satılan yumurtalarla bağlı açıqlama

Sabahkı günə tarix qoyularaq satılan yumurtalarla bağlı açıqlama
 
Sabahısı günə tarix qoyularaq satılan yumurta sosial şəbəkələrdə ciddi müzakirə edilib

Məsələ ilə bağlı adıçəkilən "OBA” marketlər şəbəkəsi araşdırmağa başladığını bildirdi.

Araşdırmanın nəticələri ilə bağlı bizimyol.info-ya açıqlama verən OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev bildirdi ki, həmin vətəndaş marketə dəvət olunaraq olaya aydınlıq gətirildi və nunum çap xətası olduğu aşkarlandı:

"”OBA” marketlər şəbəkəsi olaraq məqsədimiz hər zaman müştərilərimizə təzə və keyfiyyətli məhsullar təqdim etməkdir. Sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan fotonu araşdırdıq. Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq. Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd 15i tarixli yumurta aşkarlandı. Düşünürük ki, bu çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır.

Müştərilərimizdən xahişimiz OBA marketlər şəbəkəsində hər hansı xoşagəlməz halla qarşılaşdıqları zaman whatsapp qaynar xəttimizə – 055 450 40 50 nömrələrinə yazıb məlumat vermələridir”.


OXŞAR XƏBƏRLƏR