Hadİsə

Sabah nişanı olacaqdı, bu gün dəfn edilir – Azərbaycanda 24 yaşlı gəncin faciəsi

Sabah nişanı olacaqdı, bu gün dəfn edilir – Azərbaycanda 24 yaşlı gəncin faciəsi
Martın 9-na keçən gecə Qax rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 24 yaşlı Məcid Məmmədrəhimovla bağlı dəhşətli faktlar üzə çıxıb.

Sfera.az xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı yük avtomobili ilə toqquşan "QAZel” markalı mikroavtobusda toqquşan 24 yaşlı gəncin sabah nişan mərasimi olacaqmış.

Məcidin əmisi oğlu, Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli bildirib ki, sabahkı nişan məclisi üçün evdə bütün hazırlıqlar görülüb, hədiyyələr, xonçalar düzülübmüş.

Nişan üçün Qaxdan doğma rayonuna yola düşən 24 yaşlı Məcid Məmmədrəhimov bu gün doğulduğu Köhnə Xudat kənd qəbiristanlığında dəfn ediləcək.

Publika.az 

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031