Sabah Ay tutulacaq – 14 ədədinin Qurandakı sirləri

Sabah Ay tutulacaq – 14 ədədinin Qurandakı sirləri
 
 
Sabahkı ay tutulması bizə nə vəd edir?

 
"Ay tutulacağı, Günəşlə Ay birləşəcəyi zaman - məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradır?" - deyəcəkdir". "Quran" "Qiyamət" surəsi, 10-cu ayə.
 
Bildiyimiz  kimi, sabah (16 sentyabr 2016) Ay tutulması baş verəcəkdir. Tutulmanın maksimal həddi Bakı vaxtı ilə saat 19:55-də olacaqdır. 

Elmi-ladun araşdırmalarımız göstərir ki, Günəş tutulmalarında olduğu kimi, Ay tutulmalarında da xüsusi bir qanunauyğunluq var. Belə ki, Ay tutulmalarının cədvəlini Ay (Hicri-Qəməri) təqvimi ilə müqayisə etdikdə, Allahın elminin böyüklüyü qarşısında  heyrətdən donub qaldıq. Məlum oldu ki, bütün Ay tutulmaları bir qayda olaraq ayın 14-də (Ay təqvimi ilə) baş verir (sabah da zilhiccə ayının 14-dir).  14 ədədinin hikmətlərini şərh etməzdən öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırıram:
  
 
Bu kodlaşdırılmış hadisələri təhlil edərkən, diqqətimizi başqa bir məqam cəlb etdi. Sual yarandı ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? 

Xatırladım ki, 14 ədədi Quranda  "İbrahim” surəsinin sıra nömrəsidir.
Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. 

Araşdırmalarımız göstərir ki,   14 ədədi Allahın Öz adına olan "Rəhimli Allah” surəsinə bağlanır və "Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq:
 "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi "Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir ("Quran”ın cəmi 55 surəsində 41-ci ayə var).

Beləliklə,  "Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi Ay tutulmalarının kodunu göstərir:

55 – 41 = 14

Alınan 14 ədədi  həm də  "İbrahim" surəsinin sıra nömrəsi olmaqla, onun Peyğəmbərliyinin riyazi sübutudur. 
Yuxarıdakı hesablama həmçinin, Ay tutulmalarının Allah tərəfindən insanlara bir kodlaşdırılmış xəbərdarlıq olduğunu sübut edir. 

Elə isə, sual yaranır: bu tutulma bizə hansı mesajı verir?
Qeyd edək ki, "Quran”da qiyamətin rəmzi (əlaməti) kimi göstərilən Ay tutulmalarının 14 ədədi altında baş verməsi Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudların, firoonların prototiplərinə) bir xəbərdarlıq mesajıdır.

Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? 

Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb edək ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.
Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.

Yuxarıda qeyd etdiyim  kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.
 
Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Odur ki, Yerdə baş bütün böyük qəza və zəlzələlər bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bunu sübut edən faktları əvvəlki məqalələrimizdə (və kitablarımızda) diqqətinizə çatdırmışıq. 

Bu onu göstərir ki, Ay tutlmaları əslində gələcək bəlaların siqnalıdır (necə ki, qatar yaxınlaşanda fit verər). İnsanlar bu siqnaldan (xəbərdarlıqdan) nəticə çıxararaq günahlarına görə görə tövbə etməli, mövqelərinə  (əməllərinə) diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda...

"Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq".  "Quran”, 19:84 
 
 
Moderator.az //
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...