S-400-lər Azərbaycana yerləşdirilsə... - Analitik açıqladı

S-400-lər Azərbaycana yerləşdirilsə... - Analitik açıqladı
Azərbaycan Rusiya ilə dost ölkədir, Türkiyə isə bizim strateji müttəfiqimizdir. Şübhəsiz ki, bu iki qonşu ölkənin bir-birilə münasibətlərinin yaxınlaşması, hətta müəyyən strateji sahələrdə əməkdaşlıq etməsi bizim də maraqlarımıza cavab verir.

Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu Türkiyənin Rusiyadan aldığı S-400-lərin Azərbaycan ərazisində yerləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ankara ilə Moskvanın yaxınlaşması Türkiyənin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliyə səbəb ola bilər:

"Bu yaxınlaşma ilə Ankara təkcə Cənubi Qafqazda deyil, Orta Asiya istiqamətində, postsovet məkanında müəyyən əlavə manevr imkanları əldə edə bilər. Rusiyanın postsovet məkanında təsiri çox güclüdür. Bu da təbiidir. Çünki Sovet imperiyası dönəmində Rusiya flaqman ölkə idi. İmperiya dağıldıqdan sonra da Rusiya postsovet məkanında öz təsir imkanlarını maksimum dərəcədə qoruyub.

Ankara ilə Vaşinqtonun münasibətlərinin kəskin şəkildə pozulduğunu düşünmürəm. Çünki ABŞ Türkiyəni heç vaxt itirmək istəməz. Ən azından Yaxın Şərq məsələlərinə, hətta lazım olduğu zaman Ankaranın Moskvayla münasibətlərində bir körpü rolunu oynaya biləcəyinə görə Ankarayla münasibətləri heç vaxt tam şəkildə pozmaq istəməz. Burada müxtəlif faktorlar var. Bu faktorlar Türkiyənin Qərb ölkələrində, o cümlədən ABŞ-da çox vacib strateji əhəmiyyətli edir. Bu mənada Moskva ilə müəyyən qədər yaxınlaşma və müəyyən razılaşmaların əldə edilməsi hələ o demək deyil ki, Vaşinqtonla münasibətlər ciddi şəkildə pozula bilər.

Türkiyə və ABŞ arasındakı gərginliyin Azərbaycana hansısa formada təsir edəcəyini düşünmürəm. Azərbaycan xarici siyasətində, dövlətlərarası münasibətlərdə kifayət qədər müstəqil siyasət yürüdən və öz prioritetlərini önə çəkən hüquqi bir ölkədir. Bu mənada Azərbaycanın həm Türkiyə, həm də ABŞ-la münasibətləri kifayət qədər balanslaşdırılmış bir siyasətdir. S-400-lər Azərbaycan ərazisində yerləşdirilərsə, bunun hər hansı bir risk yaradacağını düşünmürəm”.

Ekspertin sözlərinə görə, S-400-lər Azərbaycan ərazisində yerləşdirilərsə, bu, yalnız üstünlük qazandıra bilər:

"Ümumiyyətlə, S-400-lərin Azərbaycanda yerləşdirilməsi məsələsi hələlik bir ideya, ehtimaldır. Amma bu, müəyyən mənada Azərbaycana strateji nöqteyi-nəzərdən dividendlər gətirə bilər. Rusiya raketlərinin Ermənistan ərazisində yerləşdirilməsi Ermənistan üçün hansı dividendlər qazandırırsa, S-400-lərin də Azərbaycan ərazisində yerləşdirilməsi Azərbaycan üçün eyni üstünlük yaradır”.

Qeyd edək ki, Türkiyənin "Sabah” qəzeti Rusiyanın Türkiyəyə verəcəyi S-400-lərin müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla biləcəyini yazıb.Axar

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...