Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (127-ci say) təqdim edir.

Mövzulara keçməzdən öncə Ramazan ayının gəlişi münasibətilə bütün, xüsusən də inanclı oxucularımı təbrik edirəm. Belə girişdən sonra şou nümayəndələri haqda yazmaq bir qədər çətin olacaq. Amma cəhd edək...

Rəqsanənin qızı Aysun anasının doğum gününə dublyaj videosu hazırlayıb. Video belə adlanır - "Sən başqa qollardasan, mən başqa qollarda..."
Camaat da bu söhbəti yüz yerə yozub. Bəs yazıq olmamışlar nə eləsinlər? İkisi bir qola sığışmaz axı. Qulpqoyan kişi də söhbətə başlamamış əsasını böyrümə dirəyib. Deyir, a bala, bəlkə də Rəqsanə neçə vaxtdır ona görə arıqlayırmış e. Deyirəm, arıqlamağın bura nə dəxli var. Verdiyi cavaba baxın:

- A bala, yəni arıqlayır ki, başqa qollarda olmasınlar dana. Bir qola sığışsınlar.
İndi Rəqsanə dura bunu verə məhkəməyə, ağlı gələ başına.

Türkiyənin divası Bülənt Ərsoyu sol ayağından ilan sancıb. Yüz faiz arzu edəndə hardasa səhvə yol verib, kodu düz göndərməyib. İlan yazıq da nə bilsin hardan sancmaq lazımdır? Adama deyərlər, ay köpəyin qızı (oğlu), sənin ilanla oynayan vaxtındır? Soxulcandan zaddan bir şey tap, başını qat da. Şəmkirlilər demişkən, "nə gəzirsən Dəllərdə (Şəmkirdə qəsəbə adıdır - red.) canın qala əllərdə?"

 

Aktyor Rəhim Rəhimovun böyrəyində ciddi problem yaranmışdı. Hətta yadınızdadırsa, həyati təhlükəsi vardı. Sonra bir nəfər ona donorluq etdi. Bilsəniz həmin xanım kim imiş? Rəhim Rəhimovun qardaşının həyat yoldaşı - Pərvanə xanım. Bəzi qadınların ərlərini damın altında qoyub aradan çıxdığı bir zamanda, qayını üçün belə fədakarlıq edən qadına hansı xoş sözləri desən azdır. Təsəvvür edin, insan öz həyatını riskə qoyur və yoldaşının da yox ha, qayınının həyatını xilas edir. Əhsən!

"Toppuş bacı" kimi tanıdığım aktrisa Tünzalə Əliyeva əvvəl ərsizlikdən, ərsizliyin çətinliklərindən danışardı. İndi hansı saytı açırsan, ərindən moizələr oxuyur. İndi də deyib ki, səhər 6-dan gecə 1-ə kimi ərimin qulluğunda dururam. Belə çox maraqlı işdir e. Adam bununla nəyi sübut etmək istəyir. Qulpqoyan kişi yenə vurnuxur. Görüm nə deyir.

- Hə, Qulpqoyan dayı, niyə narahatsınız?
- Ora yaz ki, görməmişin bir əri oldu, səhərdən axşama qulluğunda durdu. Başqa şey yazma ha, dediyim kimi də yaz. Camaat özü başa düşəcək.

Röyanın bir oğlanla səmimi fotosu yayılıb. Sosial şəbəkə istifadəçiləri bərk əsəbləşiblər ki, belə olmaz. Rəhmətliyin nəvələri, İndi oğlan bir az qucaqlamaq kimi nəsə edib də. Dünya dağılıb? Röyada 50 milyonluq sərvət (sinəsinin 50 milyon olduğunu demişdi) yatır e. Qardaş da yəqin ki, ömründə ilk dəfə 50 milyona yaxın olmaq istəyib. Amma Mahir Mədətovla olan fotoda futbolçunun əli 50 milyonun bir qarışlığındadır. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...