İdman

Rusiyanın məğlubiyyətdən sonra İnyesta karyerasına son verdi

Rusiyanın məğlubiyyətdən sonra İnyesta karyerasına son verdi
İspaniya futbol yığmasının yarımmüdafiəçisi Andres İnyesta milli komandada karyerasını yekunlaşdırdığı bayan edib.

Sfera.az xəbər verir ki, bu barədə İspaniya millisinin mətbuat xidməti məlumat verib. 

"Bu oyun milli komanda formasında mənim üçün sonuncu matç oldu. Həyatımın bu möcüzəvi hissəsi baş çatdı. Təəssüf ki, hər şey bəzən biz istədiyimiz kimi başa çatmır” – İnyesta deyib.

34 yaşlı futbolçunun sözlərinə görə, İspaniya millisi yenidən uğura yol tapmalıdır, lakin bu göründüyündən qat-qat çətindir.

İnyesta İspaniya millisində 2006-cı ildən bəri oynayır. İspaniya yığmasında o, dünya çempionu və iki dəfə Avropa çempionu titullarını qazanıb.
 
Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ