Rusiyanın \"Birinci Kanal\"ından Azərbaycana qarşı inanılmaz təxribat - VİDEO

Rusiyanın \
Rusiyanın ən böyük televiziya kanallarından biri olan "Pervıy kanal" (keçmiş ORT) Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib.

 "Pervıy kanal"da yayımlanan  məşhur "Uşaqların səsi" ("Qolos Deti") proqramının 6-cı buraxılışında Xankəndi şəhərindən gələn Mixail Qriqoryan adlı məktəbli də iştirak edib.

"Pervıy kanal" da yayımlanan və Svetlana Loboda, Pelaqeya və Valeri Meladze kimi məşhur şəxslərin  münsif olduğu "Uşaqların səsi" adlı musiqi yarşımasının finalına çıxan Mixail Qriqoryan haqqında xüsusi reportaj hazırlanıb.
Dağlıq Qarabağa səfər edən "Pervıy kanal"ın çəkiliş qrupu Xankəndi və Şuşadan görüntülər yayıb. Yayılan görüntülərdə qondarma "Artsax" respublikasının hərbçiləri və bayrağı əks olunub. Eyni zamanda Mixail Qriqoryan özünü təqdim edərkən bildirir ki, mən Ermənistanın Stepanakert şəhərində anadan olmuşam.

Reportajda Şuşada inşa olunan "Surb Kazançeçoç" kilsəsini və "Nənə və Baba" abidələrini nümayiş etdirərək Dağlıq Qarabağın ermənilərə məxsusluğu barədə tamaşaçılarda rəy yaratmağa cəhd edilib.

Məlumat üçün bildirək ki, Moskvada fəaliyyət göstərən "Pervıy kanal" ("Birinci Kanal") Rusiyanın və keçmiş SSRİ-nin ilk televiziya kanalı hesab olunur. 1951-ci ildə yaradılan kanal "SSRİ Mərkəzi Televizyası" adlanıb. 1991-ci ildən "Ostankino", 1995-ci ildən etibarən isə ORT (İctimai Rusiya Televizyası) adlandırılıb. 2002-ci ildən bugünə kimi "Pervıy kanal" olaraq tanınır.yeniavaz


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...