Rusiyalı dünya çempionunu öldürən azərbaycanlı tutuldu - O da idmançı imiş - ŞOK VİDEO + YENİLƏNİB

Rusiyalı dünya çempionunu öldürən azərbaycanlı tutuldu - O da idmançı imiş - ŞOK VİDEO + YENİLƏNİB
 BiG.AZ olke.az-a istinadən xəbər verir ki, Xabarovsk şəhərində Andrey Draçovu döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.
Hazırda faktla bağlı istintaq aparılır.

***
18:38
Rusiyanın dünya çempionunu öldürən azərbaycanlı imiş- Polis onu axtarır - FOTO
Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.
BiG.AZ report-a istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.
Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.

"Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.

Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb. 

OXŞAR XƏBƏRLƏR