\"Rusiyadan bunu qızışdıran qüvvələr var\" — Ziyafət Əsgərovdan SENSASİON AÇIQLAMA

\
Milli Məclis Sədrinin birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirib. 

Ziyafət Əsgərov  açıqlamasında deyib ki, yaranmış vəziyyət təxribat xarakteri daşıyır:

"Ümumiyyətlə, Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları, o cümlədən çeçenlər arasında hər zaman mehriban dostluq və qardaşlıq münasibətləri olub. Azərbaycan və çeçen xalqları hər zaman dost olublar. Çox təəssüf ki, Rusiyadan bunu qızışdıran qüvvələr var. Ancaq çox istərdim ki, Moskvada yaşayan azərbaycanlılar və çeçenlər bu cür təxribatlara getməsinlər. Bu dostluq və qardaşlıq münasibətlərini hər zaman davam etdirsinlər. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, həm də Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla dostluq və qardaşlıq münasibətləri var. Xalqlarımıza çağırışım da odur ki, həmin insanlar ölkə başçılarından nümunə götürsünlər və bu cür təxribatlara getməsinlər". 

Birinci vitse-spiker qeyd edib ki, bu cür təxribatları yaradan insanlar əgər hesab edirsə ki, bununla Azərbaycan və çeçen xalqları arasında hər hansı narazılıq yarada biləcəklər, o zaman onlar çox yanılırlar:

"Çünki bu dostluq və qardaşlıq əsirlərin sınağından çıxıb. Hesab edirəm ki, bu cür təxribatlar Azərbaycan və Çeçenistan arasında mövcud olan dostluq və qardaşlığa heç bir xələl gətirə bilməz. Mən bir daha Rusiyada yaşayan Azərbaycandan olan soydaşlarımıza və çeçen dostlarımıza müraciət edirəm ki, bu cür təxribatlara getməsinlər". Demokrat.az 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...