Rusiyada növbəti təyyarə qəzası: Ölən var

Rusiyada növbəti təyyarə qəzası: Ölən var
Rusiyada yüngül mühərrikli Yak-12 təyyarəsi qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, Belqorod vilayətində baş vermiş qəzada 1974-cü il təvəllüdlü pilotun öldüyü bildirilib.

İnsident bölgənin Bexteyevka və Sokolovka kəndləri arasında baş verib. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Onun göyərtəsində cəmi bir nəfər pilot olub.

Qəzadan sonra təyyarədə yanğın meydana gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən də İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi qəzaya uğrayıb.

OXŞAR XƏBƏRLƏR