Rusiyada daha bir helikopter qəzası - 4 ölü

Rusiyada daha bir helikopter qəzası -  4 ölü

Rusiyanın Xanti-Mansi muxtar vilayətində mülki helikopter qəzaya uğrayıb.

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, Kedrovoe kəndi yaxınlığında qəzaya uğrayan AS-350 helikopterinin göyərtəsində 5 nəfər olub: 3 sərnişin və 2 ekipaj üzvü. Helikopterin qalıqlarını və həlak olanların cəsədlərini yerli polis əməkdaşı aşkar edib. Polisin məlumatına görə, göyərtəsində neft şirkətinin əməkdaşları olan helikopter Surqutdan uçurdu.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nümayəndəsi Natalya Qunkinanın TASS-a verdiyi məlumata görə, ilkin məlumata əsasən 4 nəfər həlak olub, bir nəfərin aqibəti isə hələlik naməlumdur.

Hadisə yerində olan Rusiya fövqəlada hallar nazirliyinin nümayəndəsinin məlumatına görə, yerə çırpılan helikopter xırda hissələrə bölünüb.

Bu, Rusiyada son 3 gündə baş verən ikinci hadisədir.
Noyabrın 26-sı ölkənin Krasnoyarsk əyalətinin Turuxan ərazisində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...