Rusiya Xəzərdə təlimlər keçirib

Rusiya Xəzərdə təlimlər keçirib

Rusiyanın Xəzər donanmasının gəmiləri mina maneələrin məhv edilməsi üzrə hərbi təlimlər keçirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
 
Təlimlərdə  "Tatarstan" və "Dağıstan" raket gəmiləri  daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edilib.
 
Təlimlər zamanı gəmi heyətləri üzən minalara artilleriya atışları həyata keçirib və müxtəlif vasitələrlə minaların partladılmasını icra ediblər.  
 
Bundan əvvəl Xəzər donanmasının dəniz piyadalarının Dağıstanın "Adanak" dağ poliqonunda silahlıların məhv etdirilməsi üzrə təlimlər keçiriblər.


OXŞAR XƏBƏRLƏR