Rusiya-Qərb toqquşması: Ermənistanda yerləşən Rusiya hərbi bazalarına silah sayının artırılması gərginliyi artıracaq - İDDİA

Rusiya-Qərb toqquşması: Ermənistanda yerləşən Rusiya hərbi bazalarına silah sayının artırılması gərginliyi artıracaq - İDDİA
"Rusiya hər zaman hədə-qorxular gəlib. ABŞ-ın sanksiyasından sonra hər bir istiqamətdə təzyiqlər artıb. Həm Orta Şərqdə, həm Cənubi Qafqazda, həm də Ukraynada döyüşlər daha da fəallaşıb". 

Bu sözləri Sfera.az-a Rusiyanın Cənubi Qafqazdakı son aktivliyini şərh edən millət vəkili Asim Mollazadə deyib.
 
 

Millət vəkilinin sözlərinə görə, bu, Rusiyanın Qərblə apardığı özünəməxsus mübarizəsidir:
"Lakin şanslar yoxdur, sanksiyalardan sonra Rusiyada iqtisadiyyat ağır vəziyyətdədir. Və hansısa istiqamətlərdə Rusiya təcavüzləri dayandıracaq. Yox, əgər dayandırmasa, nəticələr daha da ağır olacaq". 
 
 

Politoloq Arzu Nağıyev düşünür ki, ABŞ-Rusiya qarşıdurması ,eyni zamanda Qərbin sanksiyaları birmənalı şəkildə Cənubi Qafqaza da təsir göstərəcək:
"Gürcüstan –Rusiya münasibətlərinin hələ də gərgin olması, Dağlıq Qarabağ münaqişəsisnin həll edilməməsi, Rusiyanın cənub sərhədlərində terror dəstələrinin mövcudluğu, təbii ki, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin də regionda aparıcı rol oynaması –bütün bu amillrə bu gərginliyin əsas elementlərinə çevrilə bilər.Məlum məsələdir ki, NATO-Rusiya sərhəddi də Cənubi Qafqazdan keçir və bu Türkiyə –Ermənistan sərhəddidir. Məhz buna görə də Ermənistanda yerləşən Rusiya hərbi bazalarına silah sayının artırılması da gərginliyi artıracaq. Rusiya da 58 ordusunun bu regionda hərbi təlimlərini məhz buna görə keçirir, Xəzər dənizində müxtəlif manevrlər edir. Yəni bunların hamısı birbaşa olmasa da dolayı yolla sanksiyalardan və qarşıdurmalardan yaranan problemlərlə bağlıdır".

Azad Əliyev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...