Rusiya Qarabağla bağlı məsləhətləşmələrə başladı
13:24 / 02.04.2016
788
Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərini zoraklıqdan dərhal imtina etməyə çağırır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz tərəfləri təmkinli olmağa, hansısa zorakılıqdan dərhal imtina etməyə çağırırıq”, - deyə, o, Qarabağda vəziyyətin gərginləşməsi barədə xəbərləri şərh edərkən bildirib.
Zaxarova həmçinin qeyd edib ki, "Rusiya tərəfdaşları – ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələrə başlayıb”.
"Vəziyyətin inkişafını izləyirik”, - deyə, o, qeyd edib.