Rusiya Müdafiə Nazirliyinin generalı həbs olundu

Rusiya Müdafiə Nazirliyinin generalı həbs olundu
Rusiya Müdafiə Nazirliyinin Rabitə Baş İdarəsinin birinci idarəsinin rəhbəri, general-mayor Aleksandr Oqloblin saxlanılıb.

Sfera.az bildirir ki, A. Oqloblinin adı Rusiya Müdafiə Nazirliyi ilə "Voentelekom” Səhmdar Cəmiyyəti arasında hərbi rabitə sistemlərinin yenilənməsinə dair müqavilələrin icrası zamanı 0,5 milyard rubl vəsaitin mənimsənilməsi işi üzrə ittiham olunanların siyahısına daxil edilib.

İstintaqın versiyasına əsasən, avadanlığın sifarişçisi rolunda çıxış edən A. Oqloblin əslində maliyyə maxinasiyasının iştirakçıları ilə əlbir olub. İş ondadır ki, sözügedən cinayət işi üzrə saxlanılan şəxslər istintaqa ifadəsində bildiriblər ki, A. Oqloblin dövlət sifarişlərinin icrası zamanı yer alan maliyyə fırıldaqlarından qazanc əldə edib.

Bildirilir ki, A. Oqloblinin adının hallandığı maxinasiyalar 2013-cü ildə Rusiya ordusunun məxfi və xüsusi rabitə sistemlərinin modernizasiyası üzrə dövlət proqramının icrası zamanı baş verib. Həmin proqram çərçivəsində analoq hərbi rabitənin rəqəmsal varianta keçidi planlaşdırılırdı.

İstintaq zamanı məlum olub ki, A. Oqloblinin "Voentelekom” rəhbərliyi ilə köhnə dostluq münasibətləri bağlayır. Bunun nəticəsi idi ki, Çin istehsalı olan "hab”lar nominal qiymətdən üç dəfə baha alınıb. Sonradan üzərindəki yazıların üstünə "Made in Russia” yazıları yapışdırılaraq həmin "hab”lar yerli mallar kimi təqdim olunub.

Qeyd edək ki, ötən il Rusiya prezidentinin sərəncamı ilə 53 yaşlı A. Oqloblinə general-mayor rütbəsi verilib.(APA)

OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...