Rusiya məhkəməsi azərbaycanlının xeyrinə qərar çıxardı

Rusiya məhkəməsi azərbaycanlının xeyrinə qərar çıxardı
 

Bryanks vilayət məhkəməsi Azərbaycan vətəndaşı Cəmşid Ələkbərovun müvəqqəti yaşama icazəsi barədə ərizəsinə yenidən baxmaq üçün göstəriş verib.

Sfera.az  bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, C.Ələkbərov Rusiya Daxili İşlər Nazirliyinin Bryansk vilayəti üzrə İdarəsinə sənədləri ilə müraciət edərək müvəqqəti yaşama icazəsinin verilməsini istəyib.

Miqrasiya məsələləri üzrə idarə isə Ələkbərovun müraciətinə rədd cavabı verib və bildirib ki, Rusiya ərazisində yaşayış yerini səhv göstərdiyi üçün belə qərar qəbul edilib.

Şikayətçi bu rədd cavabına görə məhkəməyə müraciət edib. Məhkəmə isə fərqli qərar qəbul edib.

Məlum olub ki, Ələkbərov idarəyə yalan məlumat verməyib, polisdə onun qeydiyyatda olduğu ərazi üzrə yaşamadığı barədə məlumat yoxdur. Bu səbəbdən məhkəmənin qərarı ilə idarə Ələkbərova müvəqqəti yaşayış icazəsi verilməsi barədə məsələyə yenidən baxmalıdır.



OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...