Rusiya, Azərbaycan və İran arasında dərinləşən münasibətlər regiona nə vəd edir?- şərh

Rusiya, Azərbaycan və İran arasında dərinləşən münasibətlər regiona nə vəd edir?- şərh
"Moskva, Tehran və Bakı arasında olan bu görüşlər bölgədə sabitlik, təhlükəsizliyin təmin olunmasına, habelə işğalçı Ermənistan dövlətinin təcavüzkar siyasətinin qarısının alınmasına müəyyən töhvələr verə bilər”
 
Sfera.az-a açıqlamasında bu sözləri Moskvada baş tutması gözlənilən Rusiya, Azərbaycan və İran prezidentləri arasında keçiriləcək görüş və bu formatda əməkdaşlığın regiondakı proseslərin inkişafına nə kimi töhvələr verə biləcəyilə bağlı sualı dəyərləndirərkən politoloq Elşən Mirzəoğlu deyib: 
"Bölgə dövlətlərinin liderləri arasında gözlənilən növbəti görüş bütün hallarda regionumuzda təhlükəsizlik, sabitliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsilə bağlı amilərdən irəli gəlir. Xarıtladım ki, əslində Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə Bakı Forumu da keçirilmişdi. Əslində məhz bu görüşdə bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasında kifayət qədər güc və rolu ola biləcək yeni geosiyasi koalisiyanın əsası qoyuldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə Asankt-Peterburqda keçirdiyi görüşdən sonra rəsmi Ankara da həmin koalisiyaya qoşuldu. Əlbəttə, bölgəmizdə təhlükəsizliyə ciddi təhdid mənbəyi təkcə Suriya münaqişəsi deyil.  Düzdür, bu münaqişə artıq geopolitik bir durum xarakteri alıb. Belə münaqişələr Cənubi Qafqazda da var. Bir sıra hallarda bölgəmizdəki bu münaqişələrə dondurulmuş münaqişələr kimi baxırlar. Ancaq nə Cənubi Osetiya, nə Abxaziya, nə də Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişələr deyil. Təcavüzkar Ermənistan tərəfdən hər gün atəşkəs rejiminin pozulması halları və təxribat xarakterli addımları müşahidə edirik. 
 
Bu mənada Moskva, Tehran və Bakı arasında olan bu görüşlər bölgədə sabitlik, təhlükəsizliyin təmin olunmasına, habelə işğalçı Ermənistan dövlətinin də təcavüzkar siyasətinin qarısının alınmasına müəyyən töhvə verə bilər. Bildiyiniz kimi, İranın zaman-zaman Ermənistanla xüsusi özəl münasibətləri olub. Ermənsitanın tamamilə iqtisadi blokadaya düşməsinin qarşısını alan da məhz Tehran olub. Son zamanlar Oran prezidenti Ruhaninin Ermənistan iqtidarının ünvanına səsləndirdiyi bəyanatlar isə göstərir ki, həmin münasibətlər mahiyyət etibarı ilə yeni bir mərhələyə keçə bilər. Xüsusən də nəzərə alsaq ki, Ermənistanın indiki iqtidarı Qərblə münasibətlərə, onlarla inteqrasiyaya daha böyük önəm verir, bu halda Tehranın İrəvanla münasibətlərinin həqiqətən də yeni bir mərhələyə keçdiyini zənn etmək olar. Çünki, İran öz sərhədləri yaxınlığında Qərbin möhkəmlənməsilə heç cürə barışmaq niyyətində olmadığını dəfələrlə bildirib.  Paşinyanın Qarabağ probleminin həllilə bağlı səsləndirdiyi fikirlər də ciddi qıcıq yaradır. Paşinyan bildiyiniz kimi qeyd edib ki, sülh naminə ərazi güzəştindən söhbət gedə bilməz. Bu isə Qarabağ probleminin hansı şərtlər daxilində həll edilə biləcəyi məsələsini ciddi sual altında qoyur. Daha doğrusu, bu əslində Ermənistanın danışıqlardan imtina etməsi anlamına gəlir. Bu mənada da düşünürəm ki, Bakı-Tehran və Moskva üçlüyündən, ora həmçinin Ankaranı da daxil etmək olar,  ibarət koalisiya bölgədə sabitliyə, təhlükəsizliyə ciddi təhlükə yaradan Ermənistan iqtidarına təsir etməkdə, onun məlum hüquqi və geopolitik müstəvi üzərinə gətirilməsinə və danışıqlar masası arxasına keçməsində ciddi imkan və təsirlərə malik olan bir koalisiya olacaq.  Türkiyə və İranın mövqeyi bəllidir. Güman edirəm ki, Rusiya tərəfinin də Ermənistanla münasibətlərdə ikili standartlardan imtina etməsi düşmən ölkəni mütləq mənada danışıqlar stolu arxasına keçməyə məcbur edəcək. Əks halda, Ermənistan gələcəkdə də bölgə ilə bağlı həyata keçəcək bütün layihələrdən kənarda qalacaq. Bu isə Ermənsitan dövlətinin gələcəyinə yaxşı heç nə vəd etmir. Ona görə də sözügedən üçlüyün Ermənistana təzyiqləri gücləndirəcəyi və onu danışıqlar masası arxasına keçməyə vadar edəcəyini istisna etməzdim”. 
 
Qeyd edək ki, yaxın dövrlərdə Moskvada Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüçü olacaq. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də təsdiqləyib. 
 
Sözügedən üç ölkə arasında artıq çoxsaylı belə görüş və sammitlər keçirilib. Xüsusən də son illər bu istiqamətdə əlaqələr olduqca intensivləşib. Bu üç ölkə arasında iqtisadi əlaqələr də son illər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın mühüm nəqliyyat qovşağında yerləşməsi fonunda həmin əlaqələr daha sürətlə inkişaf edir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...