Rozadan iddialı sözlər: “Şounun qazanını qaynadıram, Xatun isə içindəkiləri boşqaba çəkib paylayır”

Rozadan iddialı sözlər: “Şounun qazanını qaynadıram, Xatun isə içindəkiləri boşqaba çəkib paylayır”
 "Biz rəfiqə deyilik, bacıyıq, şou-biznesdə poz verib, şəkil çəkdirməkdən qorxuruq. Biz çox tez gözə-nəzərə gəlirik. Bir də gördünüz ki, aramızı vurdular”.

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində müğənni Xatun Əliyeva deyib.

Açıqlamaları ilə şou əhlinin yuxularını ərşə çəkən, Xatunu öpüb-qucaqlayan müğənni Roza Zərgərli isə onunla olan sıx dostluq münasibətlərinə zəhər toxumlarını səpmək istəyənləri sərt mesajı ilə asıb, kəsdi:

"Heç kim bizim aramızı vura bilməz. Xatun bəyəm ölüb ki? Əgər kiminləsə mübahisəm düşürsə, özü ilə danışıb münasibətlərimizi aydınlaşdırıram. Bunu şişirdib ekranlara çıxarmağa lüzüm yoxdur. Kimin hünəri varsa, zəng vurub sözünü üzümə desin, kamera vasitəsi ilə deyil. Xatun isə sözü üzə şillə kimi deyir”.

"Şou-biznesin qazanını kimlər qaynadır” - sualına hər iki ifaçının cavabı belə oldu:

Xatun: "Bugünkü qazanı Roza qaynadır”.

Roza: "Mən qazanı qaynadıram, Xatun isə o qazanın içindəkiləri boşqaba çəkib paylayır”.

Xatun: "Bu sözün altında şüüraltı o qədər gizli məqamlar, sözlər var ki... (gülür)”.

Mehriban dialoqdan sonra R.Zərgərli həm özü, həm də sənət yoldaşı Xatun haqqında danışılan "omba əməliyyatı” mövzusunu yada salıb, onlara söz atan şou əhlini ifşa etdi:

"Haqqımızda deyirlər ki, Xatunla Roza əməliyyat hesabına bu cür görünüşə sahib olub. Allah İlhamə Quliyevaya rəhmət eləsin, Space TV-də onun doğum gününü qeyd edirdik. Orada bizi görüb dedi ki, bu hayasızlar mənim gəncliyimə oxşayırlar. O, bizim vücudumuzu nəzərdə tuturdu.

Bizim haqqımızda bəzi müğənnilər lazımsız sözlər danışırlar. Həmin o müğənnilər üç aydan sonra əməliyyat etdirib yanlarına nələrsə qoyurlar, o da əriyib gedir. Sonra yenidən əməliyyat etdirirlər. Ona görə də artıq bəsdir bizim fiziki görünüşümüzü müzakirə etdiniz. Bizim o qədər gözəl işlərimiz var ki, hər kəs o işləri görə bilmir. İlin ən uğurlu dueti var idisə, o da bizdə idi. Mən heç kimə söz atmıram, hünərləri varsa, bizim bədənimizlə deyil, sənətimizlə rəqabət aparsınlar. Zatən, Allah verdiyini siz ala bilməzsiniz”.

Rozanın qalmaqallı çıxışına Xatunun şərhi belə oldu:

"Amma ən çox bizi Cennifer Lopezə oxşadırlar. Heç Cennifer real həyatda qəşəng deyil. Mən və Roza ondan qat-qat gözəlik”.

Qeyd edək ki, bir müddən öncə Xatun Əliyeva bədən şəkilləndirici əməliyyatı ilə gözəlliyinə gözəllik qatıb. O incə belini bir az da incəldərək, ombasını böyüdüb. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...