“Rossiya-1” kanalının jurnalistləri Estoniyadan deportasiya olunub

“Rossiya-1” kanalının jurnalistləri Estoniyadan deportasiya olunub
"Rossiya-1” telekanalının əməkdaşlarına Estoniya ərazisinə giriş qadağan olunub.

Buna səbəb jurnalistlərin "İeqova şahidləri” (Rusiyada qadağan olunub) təşkilatı barədə hazırladıqları süjet olub. Bu barədə Estoniyanın ictimai telekanalı ölkənin təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Polisin məlumatına əsasən, iki jurnalist Estoniya və Finlandiyaya gələrək burada qadağan olunmuş təşkilatın fəaliyyətini araşdırıblar. Qeyd edək ki, "İeqova şahidləri”nin böyük bir hissəsi Rusiyada qadağan olunandan sonra Avropa ölkələrinə köçüblər. Jurnalistlər gizli kameralarla onların Tallindəki cəmiyyətlərində çəkiliş ediblər. Eston qanunvericiliyinə görə isə bu, insan haqlarının pozulması deməkdir.

Hər iki jurnalist ümumilikdə beş il müddətinə Şengen ərazisinə girişdən məhrum olublar.

Qeyd edək ki, 2017-ci ildə rəsmi surətdə qadağan olunan "İeqova şahidləri”nin Rusiyada 175 min üzvü var.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...