Ronaldodan şok açıqlama: \"Tarixin ən yaxşısı Messidi, mükafatı qaytarıram\"

Ronaldodan şok açıqlama: \
 Kriştiano Ronaldo şok qərar verib. Fanat.Az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu bu il qazandığı "Ballon d'Or" mükafatını geri qaytarmaq istəyir.

İddialara görə, "Barselona"ya 0:3 hesabı ilə yenildikləri oyundan sonra paltardəyişmə otağına girən Ronaldo komanda yoldaşlarına "Bu mükafatı haqq etmirəm və geri qaytaracam" deyib. 

Futbolçu daha sonra "France Football" nəşrinin rəhbərinə zəng edərək qərarını ona da açıqlayıb: "Tarixin ən yaxşısı olduğumu söylədim, amma dünya şahid oldu ki, ən yaxşı Messidi. Mükafatı geri qaytarmaq istəyirəm".

Bildirilir ki, "France Football" nəşrinin rəhbəri Ronaldonun bu sözlərinə "Həyatımda belə şey görmədim" deyərək reaksiya verib. Komanda yoldaşları, ailəsi və yaxın dostu Badr Hari onu bu qərarından döndərə bilməyib. 

Fanat.Az

OXŞAR XƏBƏRLƏR