Robben \"Liverpul\"a sataşdı: Milyon ildi çempion ola bilmirlər

Robben \
Çempionlar Liqasının 1/8 final mərhələsinin ən maraqlı dueli, şübhəsiz ki, "Liverpul"la "Bavariya" arasında keçiriləcək. Komandalar arasında ilk görüş sabah "Enfild Roud"da baş tutacaq.

Oyunöncəsi hər iki tərəfin bir neçə üzvü fikirlərini bildirib, şansları dəyərləndirib...

Niko Kovaç ("Bavariya"nın baş məşqçisi): "Bizim hələ də hər 3 turnirin qalibi olmaq şansımız qalır. Çempionlar Liqasında uğura ehtiyacımız var. Oyuna hansı əhval-ruhiyyədə çıxmağımız çox önəmlidi. Özümüzü aldatmayaq, şanslar yarı-yarıyadı. "Auqsburq"la oyundakı səhvləri "Liverpul"la görüşdə təkrarlamaq olmaz. Çünki Salah, Mane, Firmino kimi hücumçular bunu bağışlamaz".

Manuel Noyer ("Bavariya"nın qapıçısı): "Auqsburq"la çempionat oyununda çox səhvlər etdik. Amma "Liverpul"un oyunlarda qol vurmaq şansları daha yüksək olur. İngiltərədə qapının toxunulmazlığını qorumaq üçün düzgün müdafiə olunmalı və mütəşəkkil şəkildə hərəkət etməliyik".

Aryen Robben ("Bavariya"nın yarımmüdafiəçisi): "Liverpul" son vaxtlar çox inkişaf edib. Onların məşqçiləri böyük iş görür. "Liverpul" milyon ildi ölkə çempionatının qalibi ola bilmir. Bu səbəbdən çempionluğu xəyal edirlər. Rəqibi mütləq qiymətləndirmək lazımdı. Hər zaman sevimli və arzuolunmaz rəqiblər olur. Bu baxımdan "Enfild Roud"u ən pis stadion hesab edirəm. "Çelsi"də olarkən "Liverpul"un kubok turnirlərində ciddi rəqib olduğunu görmüşəm. 1-2 oyunda yüksək performans göstərirdilər. Ancaq mövsüm boyu bunu davam etdirə bilmirdilər".

Allison Beker ("Liverpul"un qapıçısı): "Bavariya"nın çox güclü komanda olduğunu bilirik. Yurgen Klopp onları yaxşı tanıyır. Yaxşı futbolçuları, əla müdafiəçiləri var. Həmçinin Noyeri böyük rəqib sayıram. Onlarla qarşılaşacağımız üçün püşkatmadan məmnun qaldım. Vircil van Diyk olmasa da, bir oyunçunun yoxluğu komandaya ciddi təsir etməz. Hamı bir-birini yaxşı başa düşür və meydanda əlaqələr yüksək səviyyədədi".

Xerdan Şakiri ("Liverpul"un yarımmüdafiəçisi): "Bavariya" ilə düşdüyümüz zaman çox sevindim. Çünki köhnə komandamla qarşılaşmaq və ordakı dostlarımla görüşmək istəyirdim. Almaniyada əla iki il keçirmişəm, Çempionlar Liqası da daxil olmaqla bir neçə titul qazanmışam. O, "Bavariya" tarixinin ən güclü komandası idi. Klubla bağlı gözəl xatirələrim var və heç vaxt unutmaram. İkinci oyunu səbirsizliklə gözləyirəm. Münhendə qələbə qazanıb, mərhələ adlamaq istəyirik".

Ditmar Hamann ("Liverpul" və "Bavariya"nın sabiq futbolçusu): "Bavariya" "Liverpul"la qarşılaşmaq istəməzdi. Püşk onlara ən çətin komandanı rəqib edib. "Liverpul" Premyer Liqada çox güclənib. "Bavariya" isə kövrək komandadı. Belə müdafiə ilə "Liverpul"a qarşı açıq futbol oynayacaqlarını düşünmürəm".Matc

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...