Rob Sobhani: "Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək"

Rob Sobhani:

"Azərbaycanda ağacəkmə kampaniyası həm lokal, həm də qlobal əhəmiyyət daşıyır".

Sfera.az xəbər verir ki, bunu trend-ə amerikalı ekspert Rob Sobhani İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, lokal miqyasda Azərbaycan Birinci vitse-prezidentinin bu təşəbbüsü ölkədə yaşıllıq sahələrinin genişlənməsinə yönəlib, ətraf mühitin sağlamlaşdırılmasına və Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına töhfə verir:

"Qlobal miqyasda isə bu təşəbbüs bəşəriyyət qarşısında dayanan, əsas məsələlərdən biri olan iqlim dəyişikliyi və karbon tullantıları probleminin həllinə töhfə verir. Bildiyiniz kimi, Yerin temperaturu artır və buzlaqların əriməsi müşahidə olunur. Planetdə istiləşmə aclıq, yoxsulluq və kütləvi ölüm kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Ağacların əkilməsi karbon tullantılarının qarşısının alınmasında ən səmərəli üsullardan biridir".

Ekspert qeyd edib ki, Nəsiminin 650 illiyinə həsr olunmuş ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək:

"Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr etməlidir, çünki Mehriban Əliyeva nəinki qlobal əhəmiyyətli məsələlərdə liderlik nümayiş etdirir, həm də Azərbaycan iqlim dəyişiklikləri probleminin həllinin mərkəzinə yerləşdirir".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...