Rihanna atasını məhkəməyə verib - Səbəb?

Rihanna atasını məhkəməyə verib - Səbəb?
Amerikalı müğənni və aktrisa Rihanna atasını qızı ilə bağlı olan "Fenty" markasının adından milyonlarla dollar əldə etmək məqsədilə kommersiya məqsədilə istifadə etdiyinə görə məhkəməyə verib.

Bu barədə "Variety" nəşri yazıb.

Tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirib ki, atası Ronald Fenti qızının adını mənfəət üçün istifadə etmək məqsədi ilə "Fenty Entertainment" adlı istedad axtarışı şirkəti yaradıb. "Fenty Beauty" və "Savage x Fenty" markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etdiyini, lakin qarşı tərəfin onun istəklərini nəzərə almadığını söyləyib.

Nəşrin məlumatına görə, iddiada qeyd olunur ki, bu yaxınlaradək "Fenty Entertainment" investisiya cəlb etmək üçün müğənni ilə əlaqələrinin olduğunu bəyan edib. Ronald Fenti həmçinin otellər şəbəkəsi üçün "Fenty" əmtəə nişanını qeydiyyata almağa çalışıb, halbuki həmin zaman Rihannanın şirkəti artıq bu işlə məşğul olurmuş. Bundan əlavə o, 15 milyon dollar müqabilində müğənninin iştirakı ilə Latın Amerikasında konsert turuna dair "SBS Entertainment" şirkəti ilə razılıq əldə etməyə cəhd göstərib.


OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...