Reyhan Camalova Türkiyədə mükafat aldı - Video

Reyhan Camalova Türkiyədə mükafat aldı - Video

 

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yeni sabah-a bildirilib ki, Reyhan Camalova İstanbulda keçirilən "TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy” qurğusunu kəşf etdiyi üçün "Gənclik” mükafatına layiq görülüb.

Mükafatlandırıma mərasimində çıxış edən R.Camalova təltif olunduğu üçün təşəkkür edərək öz uğurları barədə danışıb. Bu layihəni həyata keçirməkdə əsas məqsədin cəmiyyət üçün xeyirli bir addım atmaqdan ibarət olduğunu, "Gənclik” mükafatını isə gənclərin adından aldığını vurğulayıb.

Bununla yanaşı, o, dünyanın müxtəlif ölkələrindən təşəbbüsləri ilə diqqəti cəlb edən şəxlərlə də tanış olmaq imkanı qazanıb.

Qeyd edək ki, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Onu da qeyd edək ki, Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. Gənc ixtiraçı R.Camalova, həmçinin, 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X” biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin, "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

Reyhan Camalova "Sabahın alimləri” VIII Respublika müsabiqəsində "Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

Eyni zamanda, R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy” qurğusunun gənc ixtiraçısı və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes”in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına da daxil edilib.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...