Rəşad Sadıqov: “Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

Rəşad Sadıqov: “Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”
 "Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”, bunu jurnalistlərə  "Qarabağ”ın kapitanı və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ”- "Çelsi” matçında baş hakim Manuel De Souzanın futbolçuya qırmızı vərəqə verib "Qarabağ”ın qapısına penalti təyin etməsinə şərh olaraq bildirib.

"Fikrimcə, oyunu iki hissəyə bölmək olar: qırmızı vərəqədən əvvəlki və qırmızı vərəqədən sonrakı oyun. Qırmızı vərəqəyə qədər hər şey yaxşı keçdi, penalti  ilə oyunun bütün taleyi həll olundu. Hakimə yaxınlaşıb dedim ki, penalti verirsənsə, heç olmasa qırmızı vərəqə vermə.  Amma qərarını dəyişmədi, qırmızı vərəqə də verdi. Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar.
 
Oynadığımız oyunlarda neçə belə epizod var ki, bizə qarşı sərt qərar veriblər. İkinci penaltiyə gəlincə, Qara Qarayevə elə penalti verilirsə, bunun harası Avropa Liqası oldu? Mən həyatım boyu heç vaxt ayaqüstə verilən penalti görməmişəm. Hər iki futbolçu mübarizə aparır və hakim penalti təyin edir. Belə penalti olmur”, - deyə R. Sadıqov qeyd edib.

OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...