Rəqsanənin eks-polis sevgilisinin dəhşətli əməlləri üzə çıxdı: atası və qardaşı ilə əlbir olub...

Rəqsanənin eks-polis sevgilisinin dəhşətli əməlləri üzə çıxdı: atası və qardaşı ilə əlbir olub...

 Oğurluqda ittiham olunan Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və onların ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin edilən vəkillərdən imtina etdiklərini və öz vəkilləri ilə müqavilə bağlamaq istədiklərini deyiblər. Məhkəmə onlara vaxt verib.

Məhkəmənin hazırlıq iclasının davamı anvarın 23-nə təyin edilib.

İttihama görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00-da Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bu hökm qüvvədə saxlanılıb.

Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham elan edilib.

Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu deyilir.

Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.

mənbə: publika.az

DİGƏR XƏBƏRLƏR