Rəhim Qazıyevin qızının məhkəməsi başlayır

Rəhim Qazıyevin qızının məhkəməsi başlayır

Yasamal Rayon Məhkəməsində keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızının məhkəməsi başlayır. 

 

 

Sfera.az-ın məlumatına görə, mart ayının 29-da hakim İslam Əliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən Əzizov Ramil Rafiq oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Cinayət işində zərərçəkmiş qismində Qazıyeva Aytən Rəhim qızı tanınıb. Təqsirləndirilən Ramil Əzizov Aytən Qazıyevanın Şəbnəm adlı bacısının keçmiş həyat yoldaşıdır. 

Xatırladaq ki, bu il fevral ayının əvvəllərində Ramil Rəhim Qazıyevin yaşadığı binanın qarşısına gələrək Aytənin avtomobilinin təkərlərinin dördünü də bıçaqla doğrayıb. Onun bu hərəkəti təhlükəsizlik kameralarına düşüb. Həmçinin Ramil, Rəhim Qazıyevin evinin qapısının "qlazok”unu da sındırıb. 

Bundan sonra Yasamal Rayon Polis İdarəsində Ramil Əzizova qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...