Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı

Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı
 

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vəzifəsindən azad edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Xətai rayon İcra başçısı vəzifəsini əvəz edən, (rəsmi müavin) Rafiq Quluyev əmr imzalayıb. Ə.İsmayılovun yerinə isə, qurumun baş mühəndisi Babayev Sahib  Xudaverdi oğlu müvəqqəti olaraq təyin olunub.

Xəbəri Xətai rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək, Ə.İsmayılov Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun xalası oğludur.

Xatırladaq ki, bundan əvvəl Razim Məmmədovun əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sözügedən cinayət işində Əvəz İsmayılovun da adı hallanır. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...