Cəmİyyət

Ramiz Zeynalovdan yeni qərar: Bundan sonra yol polisləri cərimədən yayına bilməyəcək

Ramiz Zeynalovdan yeni qərar: Bundan sonra yol polisləri cərimədən yayına bilməyəcək
Yol-nəqliyyat qaydalarını pozan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bundan sonra cərimədən yayına bilməyəcəklər. 

Etibarlı mənbədən Sfera.az-a daxil olan məlumatda belə deyilir. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bu barədə qərar qəbul edib. 

Əvvəllər bu sahədə səhlənkarlıq olub və idarənin əməkdaşları cərimələndikdə müəyyən üsullarla (cərimə qərarsız qaldıqda 1 il sonra qüvvədən düşür) həmin cərimələri ödəməkdən yayınıblar.  

Yeni qərardan sonra isə həmin idarə əməkdaşları yığılıb qalmış cərimələrini ödəməyə məcbur olacaqlar. 

Sfera.az

XƏBƏR LENTİ