Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Daxili işlər naziri Ramil Usubov Bakıda polis rəisi ilə bağlı əmr verib.



Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi Mahir Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisi Zaur Əliyevi təyin edilib.

M.Məmmədovun hansı vəzifəyə təyin olunması məlum deyil.

Xatırladaq ki, dünən Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov işdən çıxarılıb. Nazir onu Kürdəmir rayonuna rəis göndərib.



OXŞAR XƏBƏRLƏR