Ramazan Kadırov: Leyla Əliyeva həyatını mərhamət ideyalarının yayılmasına həsr edib

Ramazan Kadırov: Leyla Əliyeva həyatını mərhamət ideyalarının yayılmasına həsr edib
Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib.
Bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz "Instagram” səhifəsində yazıb.

R.Kadırov Minskdə Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib:

"Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.

Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub”.

Çeçenistan rəhbəri əlavə edib ki, bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir:

"Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir.

Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.

Qeyd edək ki, iyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə baxıb. Bu gün isə Leyla Əliyeva "Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...