“Ramal qardaşları ilə özbaşınalıq edirdi, göz yumurdum” — Abbas

“Ramal qardaşları ilə özbaşınalıq edirdi, göz yumurdum” — Abbas
Xəbər verdiyimiz kimi, əməkdar artist Abbas Bağırov "Söhbətsiz” proqramında qonaq olub.
 
Sfera.az-ın məlumatına görə, aparıcı Samir Bayramlının suallarını cavablandıran sənətçi Ramalla olan küsülüyündən söz açıb:

"Mənə Ramalı məsləhət gördülər ki, istedadlıdır. Ona yetərincə əziyyət çəkmişəm. Bunu nə dərəcədə dəyərləndirir, özü bilər. Qrupun sonbeşiyi o idi, özünü ərköyün aparırdı ki, buna hər şey olar. Amma elə deyil. Qrup mənimdirsə, orada qayda-qanunu qoyan mənəm. Nə pullar qazansalar belə, mənə bir manat gəlib, çatmırdı. Ehtiyacım yox idi. 
Missiyam "A trio” qrupunu məşhur etmək və sənət göstərmək idi. Ramal solo ifaya can atırdı. Mən də ona qrupun yetirməsi kimi dəstək göstərəcəkdim. Ancaq elə oldu ki, özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə "A trio”nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar. Buna göz yumurdum. İstedadlara dəstək olmaq adı ilə bu addımı atmışdım”.

Qeyd edək ki, Ramalla Abbas uzun illərdir danışmırlar.

Ölkə.Az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...