Rafael Ağayev “Best of the Best” ola bilmədi

Rafael Ağayev “Best of the Best” ola bilmədi
 

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə Premyer Liqa yarışı start götürüb.

Sfera.az xəbər verir ki, 17 idmançımızdan altısı mübarizəyə qoşulub.

Lakin yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal qazanmaq şansı əldə edib. Ən gözlənilməz məğlubiyyət Rafael Ağayevdə (-75 kq) olub. O, ilk görüşündə serbiyalı Lyubişa Mariçə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Ümumiyyətlə, 75 kq çəki dərəcəsində iddialılar finala çıxa bilməyib. Yaponiyalı Ken Nishimura, iranlı Bəhmən Əsgəri Qönçə, ukraynalı Stanislav Qoruna və özbək Dastanbəy Atabalayev uduzaraq medalsız qalıblar.

Finala isə qazaxıstanlı Yermek Aynəzərovla fransalı Loqan da Kosta çıxıb. Cari mövsüm iştirak etdiyi bütün Premyer Liqa yarışlarından medalla qayıtmış Rafaelin bu dəfə Bakıya əliboş qayıtması isə bizə onu deməyə əsas verir ki, beşqat dünya çempionumuz gələn il Parisdə "Böyük Qaliblər” (Grand Winners) arasında olmayacaq.

"Best of the Best” mükafatı isə bu çəkidə bu il iki dəfə Premyer Liqa qalibi olmuş Ken Nishimuraya veriləcək.

Digər idmançılarımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) da mübarizəni medalsız başa vurub.



OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...