Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı

Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı
Ölkənin qabaqcıl banklarından olan Rabitəbank, yaradılışının 25-ci il fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamladı. Bunlarla bankın rəhbərliyi ilin yekunlarına həsr olunan"2018 yekunları və 2019 çağırışları” adlı ənənəvi konfransda acıqladı.

Konfrans, bankın əsas səhmdarları, Müşahidə Şurası, İdarə Heyəti, Baş Ofis və bankın 25 şöbə və filiallarında çalışan struktur rəhbərlərin iştirakı ilə keçirilmişdi. Bankın rəhbərliyi əməkdaşlarla 2018-ci ilin nəticələri ilə bölüşmüş və 2019-cu ilə dair tövsiyyə və gözləntilərini səsləndirmişdi. Əlavə olaraq tədbirdə 2018-ci ildə müxtəlif sahələrdə fərqlənən bankın əməkdaşları kuboklarla təltif edilmişdi.

Tədbirdə səsləndirilən hesabata əsasən bank 2018-ci ili 3,1 mln manat mənfəət və 772 mln manat aktiv həcmləri ilə tamamlamışdır. Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat,  məcmu kapitalı isə 12% artaraq, 102 mln manat təşkil etmişdir. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki ilə nəzərən müqayisədə 15% artaraq 47 mln manat, xərcləri isə 44 mln manat təşkil etmişdir.

Həmçinin, 2018-ci ildə əvvəlki il ilə müqayisədə verilmiş biznes kreditlərin həcmi 23%,  istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artmışdı. 2018-ci ildə sürətli pul köcürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artmışdı.

Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etmişdi. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçmişdir. Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi Telegram və Facebook Messenger üzərindən chatbot-u istifadəyə vermiş və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim etmişdi

2018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin istifadəsinə verilmişdir. Digər  4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülmüşdür. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılmışdır.

2019-cu ildədə qarşıya yeni hədəflər qoyan Rabitəbank,  yeni məhsul və xidmətlərlə, müştərilərini sevindirməyə və yüksək xidmət göstərməyə davam edəcəkdir.





OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...