Quşdakı ağıla bax - Heyrətə gələcəksiz - VİDEO

Quşdakı ağıla bax - Heyrətə gələcəksiz -  VİDEO

Mingəçevirdə oğru quş peyda olub. Bu quş adamların çiyninə və ya qoluna qonaraq, onların qoltuq ciblərindəki pulu dimdiyinə götürüb uçur. Necə? xəbərimizdən izləyin.

Bu quş pul xəstəsidir...

Kiminsə əlində, yaxud da hər hansı bir yerdə kağız pul və ya qəpik gördüsə, götürüb aradan çıxır.

Dolaşa ev quşu olmasa da, insanlara yaxındır. Ona bu vərdişi sahibi İsmayıl Cumayev aşılayıb. O deyir ki, dolaşaya yem verə-verə onu özünə öyrəşdirib. İndi quş elə vəziyyətə gəlib ki, insanda nə görürsə, xüsusilə də pulu götürüb uzaqlaşır.

Mingəçevir sakinləri bu quşdan ehtiyat edirlər. İsmayıl Cumayev isə dolaşanın bu vərdişi ucbatından bir çox hallarda pis vəziyyətdə qalır.

Hazırda İsmayıl Cumayev dolaşaya başqa vərdişlər də öyrədir. //xezerxeber.com

Sfera.az


OXŞAR XƏBƏRLƏR