Qusarlı fermer yeni ixtirasını təqdim etdi- Video

Qusarlı fermer yeni ixtirasını təqdim etdi- Video
Qusarın Yasab kəndində yaşayan 58 yaşlı Rəvayət Nəzərovun hazırladığı qurğu elektriklə həm də mexaniki üsulla çalışır.
 
Sadə mexanizmlə işləyən qurğuda kartof barabana boşaldılır. Həmin baraban fırlandıqca kartoflar ölçüsünə uyğun dəliklərdən xüsusi yuvalara tökülür.
 
Bu aqreqat kartofu 4 ölüçüdə çeşidləyir. 
Rəvayət Nəzərov 8 ay ərzində düzəltdiyi kartof çeşidləyici aqreqatın təsərrüfatçıların əməyini xeyli yüngülləşdirəcəyini bildirir. Dəmir konstruksiya üzərində quraşdırılan aqreqatın hissələrini çıxarmaq, dəyişdirmək və təmir etmək mümkündür. Üç metrə yaxın uzunluğundakı qurğunun, hündürlüyü 1,6 metr, çəkisi isə 180 kiloqramdır. Çeşidləyicinin barabanı 1 dəqiqədə 8 dövrə vurur.Aqreqatı şəbəkə olan yerdən 100 metr məsafədə elektriklə işlətmək mümkündür.
 
Elektrik olmadıqda qurğu mexaniki üsulla istifadə oluna bilər. Aqreqatın yerdəyişməsini bir nəfər həyata keçirir. Çeşidləmə prosesində isə 4 nəfər işçi qüvvəsi tələb olunur.Mütəxəsis düzəltdiyi aqreqatı kartof istehsalçılarına icarəyə verəcək. Çeşidləyici maşının bir günlük icarə haqqını 300 manat müəyyənləşdirib. Rəvayət Nəzərov düzəltdiyi aqreqatı patentləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edib. 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...